Namizəd ola bilmədi, MSK-nı məhkəməyə verdi

Namizəd ola bilmədi, MSK-nı məhkəməyə verdiAzərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərində namizədliyi ilə bağlı müraciət edən, lakin imza vərəqini geri qaytarmadığı üçün namizədliyi qeydə alınmayan Sarvan Kərimov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.

Avrasiya.net xəbər verir ki, o, inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr barədə iddia irəli sürüb.

İddia Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun icraatına verilib.

Qeyd edək ki, S.Kərimov ikinci dəfədir ki, MSK-nı məhkəməyə verir. O, bu il yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək prezidentliyə namizəd kimi qeydə alınmaq üçün tələb olunan 40 min imzanı müddətin qısa olması səbəbilə toplaya bilmədiyini iddia edib. (axar.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər