Sizin Reklam Burada

Bakının bu ərazisində də binalar söküləcək

Bakının bu ərazisində də binalar söküləcəkBakıda daha bir ərazidə istismar müddətini başa vurmuş binaların söküntüsünə başlanılacaq.

Avrasiya.net Bakı.vs-yə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Nizami küçəsindəki ikimərtəbəli binalar plana düşüb.

Bildirilib ki, pilot layihə çərçivəsində sözügedən binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.

Artıq tikinti işlərini aparan şirkət rəsmiləri ilə sakinlər arasında danışıqların aparıldığı vurğulanır.

Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 10-20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlərə 250-350 manat arasında kirayə pulu veriləcək.

Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər