Sizin Reklam Burada

Daha iki qanun layihəsi plenar iclasa göndərildi

Daha iki qanun layihəsi plenar iclasa göndərildiFevralın 28-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, komitə sədri Sadiq Qurbanov gündəliyə iki məsələnin – “Su təchizatı və tullantı suları haqqında” Qanunda (ikinci oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik olunması barədə qanun layihələri daxil edildiyini deyib.

“Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini təqdim edən komitə sədri sənədlə bağlı birinci oxunuş zamanı ətraflı məlumat verildiyini, qaldırılan məsələlərə aydınlıq gətirildiyini bildirib.

Layihədə tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasının hüquqi əsaslarının təkmilləşdirilməsi, təklif olunan qoşulma qaydalarının mövcud istehlakçıların hüquqlarının qorunması, keyfiyyətli su təchizatı xidmətinin göstərilməsi üçün sistemin fəaliyyətinin dayanıqlığının artırılması və yüksəldilməsi, sahibkarlıq subyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulmasının optimallaşdırılması, vətəndaşlar və digər istehlakçılarla xidmət qurumlarının münasibətlərində şəffaflığın artırılması, həmçinin tariflərin və qoşulma tələblərinin şəffaflığının təmin edilməsi ilə bağlı dəyişikliklər əksini tapıb.

Sonra Sadiq Qurbanov “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Komitə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov su təsərrüfatı sahəsinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin vacibliyi ilə bağlı fikirlərini açıqlayıb.

Müzakirəyə çıxarılan hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər