Sizin Reklam Burada

Gömrük Akademiyasında Xocalı soyqırımı qurbanları anılıb

Gömrük Akademiyasında Xocalı soyqırımı qurbanları anılıbDövlət Gömrük Komitəsinin Akademiyasında 26 Fevral - Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın müəllim və tələbələri, şəhid ailələri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımının tariximizin ən qanlı səhifələrindən biri olduğunu, 32 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində mülki əhaliyə qarşı ən ağır cinayətlərdən birinin törədildiyini vurğulayıb.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanı yerdə qalmadı, onların qisası alındı.

Tədbirdə çıxış edən tarix elmləri namizədi Boran Əziz Xocalı soyqırımı haqqında məlumat verib, həmin dövrü tarixi aspektlərlə təhlil edib.

Tədbirin sonunda Akademiyanın tələbələri ədəbi kompozisiya ilə çıxış ediblər.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər