Sizin Reklam Burada

“Belə tədbirlərin ümumrespublika səviyyəsində təşkil edilməsi daha faydalı olardı"

“Belə tədbirlərin ümumrespublika səviyyəsində təşkil edilməsi daha faydalı olardı""Ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədilə "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilir. Təəssüf ki, bu tədbirlərin əhatə dairəsi geniş deyil”.

Bu fikriləri "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında bildirib.

QHT sədri qeyd edib ki ölkədə 50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi halda 2019-cu ildə yalnız 14 ali məktəbdə belə tədbirlər təşkil olunmuşdur. Bu tədbirlərin hər il bütün ali təhsil müəssisələri, eləcə də orta ixtisas və peşə təhsili müəssisələri cəlb edilməklə iki dövlət qurumunun birgə təşkilatçılığı ilə ümumrespublika səviyyəsində təşkil edilməsinin daha faydalı olduğunu da vurğulayıb.

Qeyd edək ki, “Karyerada ilk addım” devizi altında məşğulluq tədbirlərində tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edir, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanırlar. Bu tədbirlər zamanı təcrübə proqramlarında iştirak etmək istəyənlərin qeydiyyatı aparılır, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə iştirakçılara məlumatlar verilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər