Sumqayıtda ata oğlunu bıçaqladı
Dərc olunub:
28-02-2024, 15:48
Sumqayıt şəhərində Arzuman Əhmədov oğlu Məhəmmədəli Əhmədova kəsici-deşici alətlə xəsarət yetirib.
Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilib.