Sizin Reklam Burada

Su və kanalizasiya problemlərinin həlli üçün 20 milyard manat lazımdır

Su və kanalizasiya problemlərinin həlli üçün 20 milyard manat lazımdırAzərbaycanda Su və kanalizasiya problemlərinin həlli üçün 20 milyard manat vəsait lazımdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov fevralın 28-də Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsi üçün lazım olan vəsait 10,5 milyard manatdır:

"Bu vaxta qədər su və kanalizasiya sistemləri layihəsi hazır olmayan yalnız Bərdə şəhəri qalmışdı. Onun da layihəsi artıq Fövqəladə Hallar Nazirliyindən keçməkdədir. Artıq Bərdənin də su və kanalizasiya layihəsi hazır olacaq. Gəncənin də su və kanalizasiya sistemlərinin qurulması layihəsi də hələ davam edir. Yarım milyonluq əhalisi olan bir şəhərimizin layihəsi hələ də bitməyib, davam edir. Hazırda sadəcə içməli su və kanalizaisya sistemlərində davam edən, hələ bitməmiş layihələrin dəyəri 2,7 milyard manatdır. Bircə Gəncənin içməli su və kanalizasiya layihələrinin dəyəri 550 milyon manatdır. Burda Viləşçayın ikinci hissəsi ilə bağlı danışıldı. Viləşçəyin ikinci hissə ilə bağlı layihənin dəyəri 600 milyon manatdan çoxdur. Azərbaycanda 52 min kilometr su kanalları var. Onun 40 min kilometrdən çoxu torpaq kanallarıdır. Biz su itkisindən danışırıq. O suyun elə 50 %-i həmin kanallara gedir. Bir tərəfdən çıxan su gedib o biri tərəfə çıxmır. Bizim çox qızğın Aran bölgələrindəki layihələrimiz üçün 9 milyard manatdan çox vəsait lazımdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər