Daha 4 rayona yeni prokuror təyin olundu
Dərc olunub:
28-02-2024, 13:03
Daha 4 rayona prokuror təyin edilib.
Avrasiya.net xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov və Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə təyin olunublar.