Sizin Reklam Burada

“Xocalının azad olunması ilə düşməndən qisasımız layiqincə alınıb”

“Xocalının azad olunması ilə düşməndən qisasımız layiqincə alınıb”İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, Xocalı qurbanlarının ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinin sədri Ramil Əliyev, “Demokrat Media”-nın rəhbəri Vasif Həsənli, yerli ictimaiyyətin, QHT-lərin, siyasi partiyaların və dövlət qurumlarının nümayəndələri, Türkiyədə yaşayan azərbaycanlılar və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edən sosial elmlər üzrə yazıçı Metin Yıldırım, İSTAD-ın sədri Səfər Qaraqoyunlu, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, beynəlxalq hüquq üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev, “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinin sədri Ramil Əliyev və digərləri Xocalıda dinc əhaliyə qarşı törədilən tarixin ən qanlı qətliamı barədə danışıb, ermənilər tərəfindən törədilən bu vəhşiliyin əsrlər keçsə də unudulmayacağını vurğulayıblar.

Pərviz Məmmədzadə bildirib ki, fevralın 22-dən başlayaraq Diasporla İş üzrə Dövlət Komitəsi və TADEF-in birgə təşkilatçılığı ilə Türkiyənin müxtəlif bölgələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım tədbirləri keçirilir.

“İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinin sədri Ramil Əliyev isə qeyd edib ki, 19 sentyabr anti-terror əməliyyatından sonra Xocalının azad olunması ilə düşməndən qisasımız layiqincə alınıb:

“Ulu öndər Heydər Əliyev hər dəfə məcburi köçkünlərlə görüşləri zamanı bildirirdi ki, biz Şuşamıza, Laçınımıza, Xocalımıza, bütövlükdə Qarabağımıza qayıdacağıq. Bu arzumuzu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz reallaşdırdı. Ona görə də bu gün Xocalı faciəsinin növbəti ildönümünü qalib dövlət kimi qeyd edirik”.

Mərasim çərçivəsində Xocalı soyqırımından bəhs edən fotosərgi açılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər