Sizin Reklam Burada

"Gənclər bu və ya digər tədbirlərin təşkilində ciddi çətinliklərlə üzləşir"

"Gənclər bu və ya digər tədbirlərin təşkilində ciddi çətinliklərlə üzləşir""Azərbaycan gəncliyi – qalib gənclikdir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında rəşadətli gənclərimizin xidmətləri danılmazdır. Dövlət gənc nəslin Vətənə məhəbbət, xalqımızın tarixinə, mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasını, istedadlı gənclərin aşkar edilməsini, onların davamlı inkişafı üçün şərait yaradılmasını, gənclərin məşğulluğunun təmin edilməsini, gənc ailələrin problemlərinin həll edilməsini, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsini, Azərbaycan gəncliyinin dövlətini və xalqını beynəlxalq arenada layiqincə təmsil etməsinə dəstək göstərilməsini daim diqqət mərkəzində saxlamalıdır”.

Bu fikriləri "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri Könül Quliyeva gənclərimizin təhsil keyfiyyətinin yüksəldilməsi üçün nələrin görülməli olduğu barədə QHT.az –a açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən “Azərbaycan Gəncliyi: 2025-2050” Strateji Dövlət Proqramının hazırlanması və təsdiq edilməsi məqsədəuyğun hesab edilə bilər: “İntellektual Azərbaycan gəncliyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən gənclər təşkilatlarına dövlət dəstəyi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin başlıca istiqamətlərindən biridir. Bu gün ölkəmizdə yüzlərlə gənclər təşkilatı, o cümlədən ali təhsil müəssisələrində çox sayda tələbə gənclər təşkilatları fəaliyyət göstərir. Dövlətin müxtəlif istiqamətlərdə həyata keçirdiyi siyasəti ictimai əsaslarla təbliğ edən bu təşkilatların maddi yardıma böyük ehtiyacı var. Gənclər bu və ya digər tədbirlərin təşkilində ciddi çətinliklərlə üzləşir, təhsil aldıqları və ya işlədikləri müəssisə və ya təşkilatın rəhbərliyindən asılı vəziyyətə düşürlər. Bu halda xüsusi bir maliyyə vəsaiti fondunun yaradılmasına ehtiyac hiss olunur. Ölkəmizdə könüllülük hərəkatının təşəkkülündə danılmaz xidmətləri olan gənclər təşkilatlarının məqsədyönlü və sistemli şəkildə maliyyələşdirilməsi vacib məsələdir. Bu işə sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslər fəal şəkildə cəlb olunmalıdırlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər