Sizin Reklam Burada

Şəhidin ev muzeyi ziyarət olunub

Şəhidin ev muzeyi ziyarət olunubMüvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov, Qarabağ müharibəsi iştirakçıları Əhməd və Mobil Vəkilovlar Bərdə rayonunun İmirli kəndində Vətən müharibəsi şəhidi Murad Musayevin ev muzeyini ziyarət ediblər.

Şəhidin ailə üzvlərilə görüşüblər. Muradın babası Məhəmməd Tənfəyevin Şəhidlə bağlı xatirələrini dinləyiblər.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Murad Musayev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan II Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Musayev 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün nəşi doğulduğu Bərdə rayonunun İmirli kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Musayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər