Sizin Reklam Burada

Abşeron İH-in vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olundu

Abşeron İH-in vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunduAbşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

İstintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Vəli Abbasova Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər