Burada Sizin reklam ola bilər!

Fikrət müəllimin 70 yaşına 1 il 4 ay var, amma... - Deputat

Fikrət müəllimin 70 yaşına 1 il 4 ay var, amma... - DeputatAzərbaycan Respublikasının Prezidenti konstitusiya ilə ona verilmiş öz səlahiyyətlərindən istifadə edərək Fikrət Məmmədovun namizədliyini müzakirəyə təqdim edib. Mən sadəcə olaraq bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, konstitusiya məhkəməsi haqqında qanununun 14.3-cü maddəsinə görə, konstitusiya hakiminin vəzifədə olması ilə bağlı yaş həddi 70-dir. Fikrət müəllimin hələ 1 il 4 ay vaxtı var. Yəni bu məsələdə hələ heç bir problem yoxdur. Sadəcə olaraq diqqəti ona yönəltmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin digər üzvləri var ki, onların 70 yaşı tamam olub.

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələnin müzakirəsi zamanı deyib.

“Hörmətli həmkarlar, biz təkcə Konstitusiya Məhkəməsində yox, digər dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görürük. Hesab edirəm, Azərbaycanda kifayət qədər hazırlıqlı, karyera yüksəlişi gözləyən vicdanlı hüquqşünaslar var. Onlar o vəzifələrə təyin oluna bilərlər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır. O cümlədən Konstitusiya Məhkəməsi haqqında qanununu dəyişib, 70 yaş məsələsini çıxarmaq lazımdır. Yaxud hakimlərlə, digər dövlət orqanlarında vəzifəli şəxslərlə bağlı yaş məhdudiyyətini aradan qaldırmaq lazımdır. Ona görə ki, dövlət hakimiyyəti orqanları qanunlara əməl etməyəndə, bu, vətəndaşlar üçün pis nümunə olur. Ona görə də, mən, təklif edirəm ki, tezliklə biz, müvafiq icra hakimiyyəti orqanı ilə müzakirələr aparaq və qanunları mövcud reallıqlara uyğunlaşdıraq”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər