Bakıda dəm qazı daha bir can aldı
Dərc olunub:
23-02-2024, 10:15
Bakıda 32 yaşlı kişi dəm qazından ölüb.
Avrasiya.net xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rüstəm Əmircanov yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.