Sizin Reklam Burada

Sərnişin qatarında partlayış xəbəri yalandır - RƏSMİ

Sərnişin qatarında partlayış xəbəri yalandır - RƏSMİBu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

Bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti bərpa olunmuşdu. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunmuşdur.

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.

Modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər