Sizin Reklam Burada

YAP ərazi partiya təşkilatının təsis yığıncağı keçirilib

YAP ərazi partiya təşkilatının təsis yığıncağı keçirilibYAP Xəzər rayon S.Yesenin küçəsi 277 (“Dendrologiya Bağı” PHŞ) ərazi partiya təşkilatının təsis yığıncağı keçirilib.

Yığıncaqda “Dendrologiya Bağı” PHŞ-nin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, YAP Xəzər rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi Siyasət Həsənov və “Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları iştirak edib.

“Dendrologiya Bağı” PHŞ İdarə Heyəti sədrinin müavini, dosent Samirə Bağırova hakim Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıb. O, bildirib ki, 1992-ci il 21 noyabr tarixində təsis konfransı keçirilmiş YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

“YAP ümumilli lider Heydər Əliyevin öndərliyi və Azərbaycan ziyalılarının təşəbbüsü ilə tariximizin olduqca ağır dövründə yaradıldı. Tarixinin ən çətin günlərini yaşayan ölkəmizin milli düşüncəli aydınları ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqımızın müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Müasir tariximizə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd əslində, xalqımızın arzu və istəklərinin ifadəsi idi”.

Samirə Bağırova son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirildiyini bildirib. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır.

Samirə Bağırova qeyd edib ki, prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın tarixinin ən şanlı günlərini yaşayır.

Qarşıda böyük vəzifələrin və nəhəng işlərin olduğunu vurğulayan S. Bağırova qeyd edib ki, dünənin, bu günün və gələcəyin partiyası olan YAP bu prosesdə yenə öndə olacaq.

YAP Xəzər rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi Siyasət Həsənov partiyanın son 30 ildə ölkədə keçirilən bütün seçkilərdə qalib gəldiyini vurğulayıb.

Onun sözlərinə görə, Prezident, YAP sədri cənab İlham Əliyevin son 20 ildəki fəaliyyəti sayəsində partiyanın cəmiyyətdə və beynəlxalq aləmdə nüfuzu xeyli artıb.

Çıxış edənlər bildirib ki, yeni mərhələdə Azərbaycanı uğura aparan siyasi kursun davam etdirilməsində hakim Yeni Azərbaycan Partiyasının üzərinə böyük vəzifə düşür və bu işdə gənclər öndə olmalıdır.

Sonra təşkilati məsələyə baxılıb.

Samirə Bağırova YAP Xəzər rayon S.Yesenin küçəsi 277 (“Dendrologiya Bağı” PHŞ) ərazi partiya təşkilatının sədri vəzifəsinə “Dendrologiya Bağı” PHŞ-nin “Lantşaft memarlığı və sistematika” laboratoriyasının müdiri vəzifəsini icra edən Şəbnəm Əşrəfovanın namizədliyini irəli sürüb. Təklif səs çoxluğu ilə qəbul edilib.

YAP Xəzər rayon S.Yesenin küçəsi 277 (“Dendrologiya Bağı” PHŞ) ərazi partiya təşkilatının sədrinin müavini vəzifəsinə isə “Dendrologiya Bağı” PHŞ “Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması” şöbəsinin əməkdaşı Oqtay Aslanovun namizədliyi irəli sürülüb. Təklif səs çoxluğu ilə qəbul edilib.

Şəbnəm Əşrəfova göstərilən yüksək etimada görə “Dendrologiya Bağı” PHŞ rəhbərliyinə öz minnətdarlığını bildirib. YAP Xəzər rayon S.Yesenin küçəsi 277 (“Dendrologiya Bağı” PHŞ) ərazi partiya təşkilatına

qoşulanların əksəriyyətinin gənclər olduğunu vurğulayan Şəbnəm Əşrəfova bildirib ki, YAP xalqın iradəsini ifadə edir:

“Ölkəmizdə keçirilən son prezident seçkilərində də YAP sədri cənab İlham Əliyev qalib gəldi. Xalqın yüksək etimadı onu göstərir ki, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu kurs doğrudur. Xalqın arzu və istəklərini ifadə edən bir partiyanın üzvü olmaqdan qürur duyuruq. Biz gənclər ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman fəal dəstəkçi olacaq, Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirəcəyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər