Kamil Zeynallı azadlığa buraxıldı - Təcili
Dərc olunub:
21-02-2024, 15:31
Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.
Bu barədə idmançının köməkçisi Nicati Nicat məlumat verib.
Sosial şəbəkələrdə Kamil Zeynallının Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə azad edildiyi vurğulanıb.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.