Sizin Reklam Burada

Əhməd Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirildi

Əhməd Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirildiAiləsinin 5 üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, məhkəmin qərarı ilə onun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə qapalı tibb müəssisəsinə aparılıb.

Ə.Əhmədov burada 20 gün saxlanılacaq və onun psixi vəziyyətilə bağlı rəy veriləcək.

Xatırladaq ki, bu standart prosedur qaydasıdır. Ə.Əhmədovun psixi xəstəxanaya yerləşdirilməsi onun cəzadan yayınacağı anlamına gəlmir. Ə.Əhmədovun cəzası yekun məhkəmə qərarından sonra məlum olacaq.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər