Sizin Reklam Burada

QHT internat məktəblərində təlim kursları keçirdi

QHT internat məktəblərində təlim kursları keçirdiAzərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra edilən “Valideyin himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud gənclərin inteqrasiyasına dəstək” layihəsi çərçivəsində keçirilən təlim kurslarına yekun vurur.

Layihə internat məzunlarının adaptasiyası üçün preventiv psixo-sosial və ictimai dəstək proqramıdır. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud internat məzunlarının cəmiyyətə inteqrasiyası prosesinin asanlaşdırılmasıdır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 saylı internat məktəblərində, 11 saylı inteqrasiya təlimli internat məktəbində, 8 nömrəli sanatoriya tipli internat məktəbində, sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 və 9 saylı internat məktəblərində, eləcə də Sumqayıt şəhərində yerləşən internat müəssisələrində təlim kursları təşkil edildi.

Təlimlərə ümumilikdə 240 nəfər yeniyetmə və gənc cəlb edilmişdir. Mərkəz bu layihə ilə internat məktəblərindən məzun olacaq valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsini, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində tutarlı işlər aparmışdır.

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi internat məzunlarının sosial adaptsiyasına dəstək istiqamətində fəaliyyətlərini davam etdirməkdədir

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər