Sizin Reklam Burada

"Məktəblilərin tərbiyəsini pozan ən başlıca amil TikTok sosial şəbəkəsidir"

"Məktəblilərin tərbiyəsini pozan ən başlıca amil TikTok sosial şəbəkəsidir"“Bu hələ təsadüf, kiminsə şəxsi ədavəti nəticəsində üzə çıxan video çəkilişdir. Bizə məlum olmayan, bundan da daha dəhşətli neçə-neçə videolar, çəkilişlər var və buna adım kimi əminəm. Çünki günümüzdə məktəblilərin əksəriyyətinin təlim-tərbiyəsi çox aşağı səviyyədədir”.

Bu fikirləri “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, istər paytaxtdakı 156 saylı orta məktəbdə yaşananlar, istərsə də bundan əvvəl ayrı-ayrı təhsil müəssisələrində baş verən neqativ hadisələrdə ancaq birtərəfli olaraq təhsil müəssisəsini, yaxud onun tabe olduğu dövlət qurumunu günahkar bilmək ədalətsizlikdir:

“Mən bununla o qənaətdə deyiləm ki, təhsil sahəsində heç bir nöqsan yoxdur, bu sahədə hər şey qaydasındadır. Əsla. Bu sahədə, xüsusilə təhsil müəssisələrində kifayət qədər nöqsanlar, problemlər var. Ancaq elə problemlər var ki, həmin problemin meydana çıxmasında təhsil müəssisəsindən daha çox valideyn günahkardır, məsuliyyət daşıyır. Məktəblə yanaşı ailə, valideyn də uşağın təlim-tərbiyəsində yaxından iştirak etməli, bu işə öz töhfəsini verməlidir. Müəllim gəlib evdə də uşağın tərbiyəsi ilə məşğul olmalı deyil. Uşağın tərbiyəsi ilə məktəblə valideyn müştərək, bir-biri ilə əlaqəli şəkildə məşğul olmalıdır. Ancaq təəssüf hissi ilə qeyd edərdim ki, bir çox valideynlər üçün məktəb uşağından bir neçə saatlıq qurtulmaq, qulaq dincliyi əldə etmək, yaxud rahat şəkildə TikTok sosial şəbəkəsinə qoşulmaq imkanı deməkdir. Bəzən tətillərdə uşaqlar sevinsələr də, valideynlər üzülürlər, tətilin tez başa çatmasını arzulayırlar ki, övladlarını dərsə yola salandan sonra rahat şəkildə sosial şəbəkələrdə gün keçirsinlər. Təbii ki, bu kimi hallar da nəticə etibarilə uşaqların təlim tərbiyəsinə öz mənfi təsirini göstərir”.

Süleyman İsmayılbəyli deyib ki, məktəblilərin tərbiyəsini pozan ən başlıca amil TikTok sosial şəbəkəsidir: “Uşaq səhər gözünü açandan gecə yuxuya gedənə qədər ailə üzvlərinin əksəriyyətini TikTok da görür. İstər-istəməz şüuraltı onda da belə bir fikir formalaşır ki, əgər valideynim həmin sosial şəbkəyə qoşulursa, deməli faydalı işdir və mən də qoşula bilərəm. Göz görə-görə özümüzü TikTok fəlakətinə doğru aparırıq. Hesab edirəm ki, bu sahədə tənzimləməyə ehtiyac var”.
İctimai Birlik sədri onu da deyib ki, birmənalı olaraq məktəblilərə smartfon telefonlarından istifadə qadağası qoyulmalıdır: “Şagirdlərə yalnız sadə funksiyalara malik telefonlarla məktəbə gəlmək icazəsi verilməlidir. Hesab edirəm ki, bundan sonra təhsil sahəsinə cavabdeh olan qurumlar bu istiqamətdə müvafiq addımlar atacaqlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər