Lənkəranda azyaşlı qız qızılcadan ölüb
Dərc olunub:
19-02-2024, 10:03
Lənkəranda azyaşlı qız qızılcadan ölüb.
“Report”un cənub bürosunun məlumatına görə rayonunun Veravul kənd sakini 2018 - ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.