Gəncədə itkin düşən ata və oğlu Bakıda tapıldı
Dərc olunub:
19-02-2024, 09:58
Gəncə şəhərində fevralın 12-də itkin düşən 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu, 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə tapılıblar.
Onların yeri Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axrarış tədbirləri nəticəsində müəyyənləşib.
N.Əliyev və R.Əlizadə Bakı şəhərində tapılıblar.