Sizin Reklam Burada

"Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”

"Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”Azərbaycan hökumətinin tərkibində dəyişiklik olub. Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb. Hökumətin 2 qocaman üzvünə - 70 yaşlı Mübariz Qurbanlı və 69 yaşlı Fikrət Məmmədova etimad göstərilməyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Mübariz Qurbanlı ilə bağlı qərarı şərh edib. Modern.az xəbər verir ki, deputat Yenisabah.az-a dini sahədə ciddi islahatlara ehtiyac olduğunu deyib:

“Hesab edirəm ki, din sahəsində ölkəmizdə və dünyada baş verən proseslər çox ciddi islahatların keçirilməsini zəruri edir. Əslində, bu gün Azərbaycan üçün ən ciddi təhlükə yarada biləcək məsələlərdən biri din mövzusudur. Söhbət dinin siyasiləşməsindən, geosiyasi proseslərə təsirindən gedir. Bu mənada dövlətin bu sahədə müəyyən addımlar atması, islahatların keçirilməsi gözlənilən idi. Bu mövzuda həllini gözləyən hələ xeyli məsələ var. Bu baxımdan dövlət bütün prosesləri görür və təhlil edir. Bu həm də dövlətin dini sahəyə çox həssas və diqqətlə yanaşdığını göstərir. Qeyd etdiyim kimi, bu vəzifədə kimin olmasından asılı olmayaraq, din sahəsində sürətli islahatların aparılmasına ciddi ehtiyac var. Əvvəla bu vəzifəyə təyin olunacaq şəxsin həm dini, həm də siyasi biliklərinin yüksək olması çox önəmlidir. Yəni həm dini sahəni, həm də dövlətin bu məsələdə həyata keçirdiyi siyasəti dərindən bilməlidir”.

Ceyhun Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin öncəki fəaliyyətini tənqid edib:

“Bütövlükdə din siyasəti, din sahəsi komitəyə həvalə olunub. Ona görə də bu vəzifəyə təyin olunan şəxsin dini dərindən bilməsi çox önəmlidir. Digər tərəfdən düşünürəm ki, sürətli formada lazımi islahatları həyata keçirəcək bir şəxs olmalıdır ki, qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilək. Mən əvvəlki müsahibələrimdə bu məsələyə geniş toxunmuşam. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən narazılığımı dəfələrlə bildirmişəm. Hesab edirəm ki, komitə fəaliyyətini cənab Prezidentin apardığı siyasətə uyğun qurmayıb. Bu gün komitənin fəaliyyətində çox ciddi problemlər var və bu problemlər aradan qaldırılmalıdır. Həm islahatlar, həm də dövlət-din münasibətləri ilə bağlı xeyli məsələlər var ki, öz həllini tapmalıdır. Komitə ümumiyyətlə fəaliyyətini yenidən qurmalı və daxildə çox ciddi kadr islahatları aparılmalıdır. Təsadüfi adamlar bu qurumdan tamamilə kənarlaşdırılmalıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər