Sizin Reklam Burada

Deputatdan yeni Baş nazirə: Kasıblar sizə pislik edib?

Deputatdan yeni Baş nazirə: Kasıblar sizə pislik edib?Hörmətli Əli müəllimə (Əli Əsədov - baş nazir) mənim də hörmətim var, amma ona ünvanlanacaq suallarım da var.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, cənab Prezident ayın 14-də andiçmə mərasimində Azərbaycanda yeni bir dövr başladığını qeyd edib:

“Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəcək və nədə göstərəcək? İkincisi, hökumət repititorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü?

Cənab Prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı bir ideya, düşüncə, fikir varmı?

Bundan başqa hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə də quru sərhələri nə vaxt açılacaq ki, məsələn, insanlar Gürcüstana gedib, öz qohumlarını ziyarət edə bilsinlər?”

Qeyd edək ki, Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə Milli Məclis bugünkü iclasda razılıq verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər