21 yaşlı oğlan özünü binadan atdı
Dərc olunub:
15-02-2024, 20:41
Ötən gün Sumqayıtda intihar hadisəsi baş verib.
Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin 41-ci məhəllə ünvanında yaşayan 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu canına qəsd edib.
O, yaşadığı 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən özünü yerə atıb.
Faktla bağlı araşdırma aparılır.