Sizin Reklam Burada

İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümü qeyd olunub

İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümü qeyd olunubBakıda İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümü münasibətilə rəsmi qəbil təşkil olunub. Dövlət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Avrasiya.net-in məlumatına görə, tədbirdə çıxış edən İranın Azərbyacandakı səfiri Seyid Abbas Musəvi ölkəsinin iqtisadi-siyasi müstəvidə uğurlarından söz açıb. Diplomat eyni zamanda, İranla Azərbaycan arasında münasibətlərə böyük yer ayırıb..

Səfir deyib ki, İranın milli maraq və məqsədləri hər zaman dost dövlətlərdə və regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəlib. İranın arzusu qonşu və qardaş Azərbaycan üçün sülh, əmin-amanlıq və sabitlikdən ibarətdir.

"İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi, iqtisadi nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərləri və fərqli müstəvilərdə keçirdikləri görüşlər əlaqələrin yüksək səviyyəsinin təzahürüdür. Bu münasibətlər eyni zamanda ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişlənməsinə töhvə verir", - səfir bildirib.

Diplomat ümidvar olduğunu bildirib ki, iki ölkə arasında güzəştli ticarət sazişinin imzalanması və yaxın gələcəkdə 16-cı İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının keçirilməsi ilə iki ölkə arasında mövcud yüksək səviyyəli siyasi münasibətlərlə paralel olaraq digər sahələr, o cümlədən iqtisadi və ticarət əlaqələri də inkişaf edəcək.

“Buna sübut kimi onlarla siyasi, iqtisadi və hərbi sahədə yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, yüksək dövlət orqanları arasında çoxsaylı onlayn görüşləri, Azərbaycanda bağlanmış çox sayda ikitərəfli saziş və layihələri qeyd edə bilərik. Müxtəlif iqtisadi, ticarət, sənaye, kənd təsərrüfatı və təhsil sahəsi, o cümlədən Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələri bütün region, xüsusilə də Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir” deyən səfir əlavə edib ki, hər iki tərəfdə koronavirusla mübarizənin düzgün idarə olunması nəticəsində, nəqliyyat, energetika və sənayenin müxtəlif sahələrində bir sıra birgə layihələr daha sürətlə icra olunub, iki ölkə birlikdə malların və dünyanın enerji təchizatının, xüsusən də Avropanın ehtiyac duyduğu qazın tranzitində mühüm rol oynayır.

Azərbaycan dövləti adından bayram təbrikini çatdıran Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, iki ölkə arasında əlaqələr öz səmərəli töhfəsini verməkdədir.

Onun sözlərinə görə, ərazilərimiz işğaldan azad edildikdən sonra İranla Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoyub.

Baş nazirin müavini deyib ki, Zəngilan iqtisadi rayonunun İran vasitəsilə Naxçıvana birləşdirilməsi istiqamətində işlər davam etdirilir. Ötən ilin sonunda iki ölkə arasında Astaraçay üzərində avtomobil körpüsü istifadəyə verilib.

"İki ölkə arasında yükdaşımalar 45 faiz, tranzit yükdaşımaları isə 1,6 dəfə artıb", - deyə o qeyd edib.

Çıxışlardan sonar tədbir saz ustalarının ifaları ilə davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər