Gənclər təşkilatı regionlarda maarifləndirici tədbirlərinə başladı
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyin bəlası narkomaniya: Necə xilas olmalı” adlı layhəsini Respublikamızın 6 rayonunda keçirəcək.
İlk tədbir 13 fevral 2024-cü il tarixində Xaçmaz rayon köhnə Xaçmaz tam orta məktəbində keçirildi. Tədbiri rayon İH- in baş məsləhətçisi Tariyel İdarov açaraq iştirakçıları salamladı və layihənin məqsədi haqqında məlumat verdi. Təşkilatın icraçı drektoru Tələt Qəribov narkomaniya, onun yayılma səbəbləri, dövlətimizin bu sahədə gördüyü qabaqlayıcı tədbirlərdən danışdı.
“Gənclərin Antinarkomaniya İctimai Birliyi”nin sədri Billur Məmmədova genış məruzə ilə çıxış etdi. O narkomaniyanın geniş yayılma səbəbi kimi regionumuzda olan bəzi dövlətlərin məkrli planı olduğunu qeyd etdi.
Xaçmaz rayon PŞ -in narkotoklərlə mübarzə şöbəsinin əməkdaşı polis mayoru Orxan Xudiyev rayonda bu sahədə görülən maarifləndirici tədbirlərdən danışdı. Bütün rayonlarda olduğu kimi Xaçma rayonunda da bəzi işbazların asan pul qazanmaq naminə narkomaniyanın yayılmasında maraqlı olduğunu qeyd etdi. Rəis bu kimi tədbirlərin mütəmadi keçirilməli olduğunu diqqətə çatdırdı. Xaçmaz rayon Gənclər və idman idarəsinin nümayəndəsi Ağahüseyn Əzizov, həkim Ağakərim Muradxanov mövzu ətrafında gənclərə öz fikirlərini bildirdilər.
Tədbirdə Gənclər Fondunun məsul əməkdaşı Zaur Osmanov və Gənclər təşkilatları Quba regional idarəsinin əməkdaşı Aytac Əhmədova iştirak etmişdilər. Tədbirdə fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim edilmişdir.Tədbir çay süfrəsi ətrafında müzakirələrdən somra başa çatmışdır.