Anası 4 yaşlı uşağı küçəyə atdı - FOTO
Dərc olunub:
14-02-2024, 11:11
Bakıda küçədə dörd yaşlı uşaq tapılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında yazıb.
O bildirib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib.
Birlik sədrinin sözlərinə görə, dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.