Sizin Reklam Burada

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldıTəhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər