Sizin Reklam Burada

NK istefa verir: ciddi dəyişiklik olmayacaq

NK istefa verir: ciddi dəyişiklik olmayacaqKonstitusiyaya görə, Nazirlər Kabineti istefa verməlidir, bundan sonra hökumət yenidən formalaşdırılmalıdır. Sözün açığı, ciddi dəyişikliyin olacağını gözləmirəm. Bir-iki dəyişiklik ola bilər, amma hökumət üzvlərinin mütləq əksəriyyətinin yenidən təsdiqlənəcəyi düşüncəsindəyəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-a geniş müsahibəsində Prezident İlham Əliyevin andiçməsindən sonra NK-da mümkün dəyişikliklərlə bağlı deyib.

“Bürokratik aparat həddindən artıq şişib. Bürokratik aparatı minimum, üçdə bir qədər azaltmaq lazımdır. Nazirlər Kabinetinin tərkibini iki dəfəyədək azaltmaq olar. Bir çox nazirliklər, komitələr və xidmətləri birləşdirmək lazımdır. Həddindən çox publik hüquqi şəxslər yaranıb və onların çoxu özlərini dolandıra bilmir. Onlar yaşamaları üçün gərək vətəndaşlara göstərdikləri xidmətlərə görə pul alalar. Baxmayaraq ki, publik hüquqi şəxslər dövlətin nəzarətindədir, amma onlar da əlavə dəyər yaratmırlar, yəni məhsul istehsal və ya emal eləmirlər, bununla belə publik hüquqi şəxslər göstərdikləri xidmətlərə görə ya vətəndaşlar, ya da büdcədən pul alalar. Yenə də onların yükü xalqın, vergi ödəyicilərinin çiyinlərindədir. Buna görə də publik hüquqi şəxslərin sayı azaldılmalıdır”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər