Sizin Reklam Burada

"Python ilə dron proqramlaşdırma” layihəsinin icrası davam edir

"Python ilə dron proqramlaşdırma” layihəsinin icrası davam edirAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi İnkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olmuş “Python ilə dron proqramlaşdırma” layihəsinin icrası davam edir.

Layihənin rəhbəri Zaqatala şəhər İ.Qayıbov adına tam orta məktəbin direktoru Təranə Cumayeva bildirib ki, icrasına 2023-cü ilin 15 oktyabrından başlanılan layihə 2024-cü ilin martın 15-də başa çatacaq.

Layihənin əsas məqsədi təhsilalanlara 21-ci əsr bacarıqlarını layihə əsaslı öyrənmə mühitində rəqəmsallaşdırılmış məzmunun təhsildə tətbiqi ilə həyata keçirmək, yaradıcılıq qabiliyyətini, məntiqi təfəkkürünü, analitik düşüncə qabiliyyətini artırmaq üçün python proqram təminatını öyrətmək, onu dron texnologiyasında tətbiq etməklə nəzəri biliklər qazandırmaq və bacarıqlar formalaşdırmaq, praktik işlər həyata keçirməkdir.

Layihə rəhbəri bildirib ki, son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan rəqəmsallaşdırılmış məzmunun təhsildə tətbiqi müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir: “Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirməkdir. Texnoloji inkişafın son nailiyyətlərinin və rəqəmsallaşdırılmış məzmunun təhsildə tətbiqi şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir”.

T.Cumayevanın sözlərinə görə, çevik dəyişən, qloballaşan dünya artıq məktəb dövründən şagirdlərdə 21-ci əsr bacarıqlarının formalaşdırılmasını zəruri edir.
““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması vacib hədəflərdən biri kimi göstərilir. Ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Sərəncam imzalanıb. Bu sənəddən çıxan nəticələrə əsasən, biz innovativ ölkə qurmağa çalışırıq.

Ölkəmizdə istedadlı uşaqların aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsi bu işin açarıdır. İnnovativ inkişafın açarı olan rəqəmsallaşdırılmış məzmunun təhsildə tətbiqi bizi strateji hədəflərə aparır. Bu səbəbdən, keçirilən qrant layihələr və bu zaman təşkil edilən təlimlərinin, yəni müasirləşən təhsil məzmununun ölkəmizin inkişafına verəcəyi töhfələr böyük əhəmiyyət kəsb edir”-deyə, o, bildirib.

Bölgələrdə 21-ci əsr bacarıqlarının: Python proqram təminatını öyrətmək, onu dron texnologiyasında tətbiq etməklə nəzəri biliklər qazandırmaq və bacarıqlar formalaşdırmaq, praktik işlər həyata keçirmək qarşıya qoyulan əsas vəzifələrdir. Bu məqsədilə Zaqatala rayon məktəbliləri arasından hədəf qrupu olacaq 10 nəfər təhsilalan seçilib, Python proqramı, dron texnologiyasında tətbiqi üçün təlim materialları hazırlanıb, Python ilə dron proramlaşdırma üçün təlimlərinin təşkil edilib, STEAM mərkəzinə ekskursiyanın təşkil olunub. Həmçinin layihəyə cəlb olunmuş təhsillanlar arasında həvəsləndirici müsabiqənin təşkil olunub. Qeyd edək ki, Python ilə dron proramlaşdırma üçün təlimlər davam edir. Layihə çərçivəsində görülən işlərin nəticələri barədə yekun-hesabat tədbiri təşkil ediləcək.

“Dron texnologiyası isə günümüzdə o qədər inkişaf edib ki, biz onların uğurlu tətbiqinə, hətta hərbi meydanda da şahidi olduq. Hər birimiz bilirik ki, 44 günlük müharibə vaxtı zəfər qazanmağımızda pilotsuz uçuş aparatlarını rolu danılmazdır”-deyən, T.Cumayeva bildirib ki, layihədə nəzərdə tutulmuş Pyhon ilə kodlaşdırma və dron proqramlaşdırması dərsləri şagirdlərin qabiliyyətlərinin erkən aşkarlanmasına, düzgün yönləndirilməsinə, gələcəkdə Vətənimizin çiçəklənməsinə, müdafiəsi işinə şərait yaradacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər