İtkin düşən məktəbli qızlar tapıldı
Dərc olunub:
13-02-2024, 10:59
Dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib.
Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur.