Xaçmazda 23 yaşlı gənc süni göldə boğuldu
Dərc olunub:
12-02-2024, 20:41
Xaçmaz rayonunun Ağaverdioba kəndində 23 yaşlı Fərid Əliyev bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb.
Avrasiya.net xəbər verir ki, sudan çıxa bilməyən gənc boğularaq ölüb.
F.Əliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.