4 gün öncə itkin düşən kişinin meyiti tapıldı
Dərc olunub:
12-02-2024, 16:10
Sumqayıt şəhərində 4 gün öncə itkin düşən kişinin meyiti tapılıb.
Avrasiya.net xəbər verir ki, meyit Ceyranbatan bağlar ərazisində aşkarlanıb.
1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğluna məxsus meyit aidiyyəti üzrə təhvil verilib. Onun öldürüldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.