Sizin Reklam Burada

2 məktəblinin ölümünə səbəb olan Emin həbs edildi - FOTO

2 məktəblinin ölümünə səbəb olan Emin həbs edildi - FOTOFevralın 8-i Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan yol qəzasını törətməkdə şübhəli bilinən sürücü Emin İbrahimov həbs edilib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zaqatala Rayon Məhkəməsinin qərarı ilə sürücü barəsində istintaq müddəti üçün 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - sürücülük hüququ olmadan şəxs tərəfindən törədildikdə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Qeyd edək ki, Emin İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. Həmçinin onun sürücülük hüququnun olmaması üzə çıxıb. Bildirilib ki, saat 13 radələrində E.İbrahimov etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Avtomobilin vurduğu uşaqların 3-ü də 5-ci sinif şagirdi imiş.

Hadisəni törədən Emin İbrahimov yaşadığı rayonda “Qatil Emin” adı ilə tanınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər