Sizin Reklam Burada

Bu dəfə də seçkilər ədalətli və şəffaf keçiriləcək

Bu dəfə də seçkilər ədalətli və şəffaf keçiriləcək“Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri öncəsi Azərbaycan dövləti tərəfindən bütün namizədlərə bərabər şəkildə şərait yaradılıb, namizədlərin təşviqat proseslərini rahat şəkildə həyata keçirə bilməsi üçün bütün zəruri tədbirləri görüb.

Namizədlər dövlətin bütün informasiya-telekommunikasiya resurslarından bərabərhüquqlu şəkildə yararlanmaqdadırlar. Həmçinin namizədlərin ictimaiyyətlə və seçicilərlə görüşü yüksək səviyyədə təmin edilir. Bunun nəticəsində bütün namizədlər öz seçki platformasını istədikləri şəkildə təbliğ edə və təşviqat kampaniyalarını uğurla həyata keçirməkdədirlər”.

Bunu secki-2024.az saytının əməkdaşına açıqlamasında İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyin direktoru Mirsamir Məmmədov deyib.

Direktorun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və işğal altında olan torpaqları üzərində suverenliyini tam bərpa etdiyi üçün növbədənkənar prezident seçkiləri keçirilməsi barədə qərar qəbul edib: “Növbədənkənar prezident seçkiləri Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində keçiriləcəyi üçün‚ prezident seçkilərinin ilk olaraq baş tutması çox təqdirəlayiq qərardır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər