Sizin Reklam Burada

Ruslan Əliyev müharibə veteranının anasını təltif edib

Ruslan Əliyev müharibə veteranının anasını təltif edib“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun əməkdaşı Validə Yusifovanı 60 illik yubileyi münasibətilə fəxri fərmanla təltif edib və qiymətli hədiyyə ilə mükfatlandırıb.

Bu barədə “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri, “Azəriqaz” İstehslat Birliyinin Nərimanov xidmət sahəsinin qrup rəhbəri Ramil Əliyev məlumat verib.

Fəxri Fərmanı və hədiyyəni ona Bakı Regionlara Qaz Satışı departamentinin Nərimanov xidmət sahəsi üzrə müavini Sahib Bağırov təqdim edib.

Əlavə edək ki, Validə Yusifovanın oğlu Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu, mayor Fərid Bəkirov Cahangir oğlu, 44 günlük vətən müharibəsində iştirak edib.Vətən uğrunda ordenli Fərid Bəkirov Kəlbəcər, Xocavənd, Suqovuşan, Füzulinin azad olunmasına görə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən medallarla təltif olunub.
Validə Yusifovanın “Azəriqaz”da 28 illik əmək fəaliyyəti var.

Onu da qeyd edək ki, şəhid Xudiyev Samir Səməd oğlunun qardaşı Xudiyev Rəsul Səməd oğlu bu gündən Azəriqaz İstehsalat Birliyində işlə təmin olunub. Samir Xudiyev 2022-ci ilin avqustunda Laçın istiqamətində Sarıbaba yüksəkliyində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər