Mehriban Əliyeva Cavanşir Quliyevlə bağlı tapşırıq verdi
Dərc olunub:
6-02-2024, 10:21
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.
Avrasiya.net xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-i səhər saatlarında halı pisləşib.
74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib.
Onun beyninə qan sızdığı bildirilir.