Sizin Reklam Burada

Ağsaqqallar Şurasının üzvləri təşviqat prosesində fəal iştirak ediblər

Ağsaqqallar Şurasının üzvləri təşviqat prosesində fəal iştirak ediblər“Azərbaycan Ağsaqqallar Şurasının üzvləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat prosesində fəal iştirak ediblər.”

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli deyib.

O bildirib ki, bütün suveren, işğaldan azad edilmiş ərazilərimizi əhatə edəcək prezident seçkilərinə 2 gün qalıb. Sabah növbədənkənar prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat sona çatır. Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq. Artıq başa çatmaqda olan 23 günlük təşviqat prosesinə nəzər saldıqda onu deyə bilərik ki, sıralarında xalqımızın tanınmış nümayəndələrinin, nüfuzlu ağsaqqalların, görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin olduğu Azərbaycan Ağsaqqallar Şurası, o cümlədən Şuranın ölkəmizin 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatlarının rəhbər heyəti, minlərlə üzvü ölkəmizin bütün ərazisində aparılan təşviqat kampaniyasında aktiv iştirak ediblər. Ramin Həsənli, həmçinin, xatırladıb ki, ötən ilin dekabr ayının 25-də Şuranın geniştərkibli iclasında – Ümumi yığıncağında təşkilat növbədənkənar prezident seçkiləri ilə bağlı öz mövqeyini açıqlayaraq, 35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurasının xalqımızın qalib və güclü Lideri İlham Əliyevin siyasətinin davamını istədiyini bəyan edib.

Çünki bu yol qələbə, təhlükəsizlik, əmin-amanlıq, rifah, inkişaf yoludur! O, 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şuranın İş planının hazırlanaraq bütün şəhər və rayon təşkilatlarına göndərildiyini də qeyd edib. Qarşıya qoyulan əsas məqsəd qanunvericilikdə nəzərdə tutulan vasitələrdən geniş şəkildə istifadə etməklə Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin seçkilərlə bağlı fəaliyyətlərinin operativ və səmərəli həyata keçirilməsi olmuşdur və demək olar ki, bu məqsədə tam nail olunmuşdur. Belə ki, səsvermə hüququna malik olan bütün ölkə vətəndaşlarının 7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində fəal iştirakının təmin edilməsi məqsədilə əhali, xüsusilə gənclər arasında maarifləndirmə işinin təşkil edilməsində, seçkiqabağı dövrdə paytaxtımızı və respublikamızın bölgələrini əhatə edən toplantı və görüşlərin keçirilməsində, bu tədbirlərdə çoxsaylı seçicilərin iştirakının təmin olunmasında Şura üzvləri yaxından iştirak etmişlər. Seçkiqabağı dövrdə və təbliğat-təşviqat kampaniyası zamanı şəhər və rayon Ağsaqqallar Şuraları YAP-ın yerli təşkilatları ilə, həmçinin digər qurumlarla əməkdaşlığı daha da genişləndirərək birgə bir çox görüş və tədbirlər keçirmişlər. Ağsaqqallarımızın cəmiyyətdəki yüksək nüfuzu nəzərə alınaraq, paytaxtda və regionlarda təbliğat-təşviqat işinin daha səmərəli həyata keçirilməsi məqsədilə Azərbaycan Ağsaqqallar Şurasının tanınmış üzvləri, xüsusilə də bölgələrdən olan və doğulduğu rayonda, şəhərdə böyük hörmətə malik ağsaqqallar, ziyalılar, elm xadimləri, incəsənət adamları və başqaları təşviqat prosesinə cəlb edilmiş, onların seçicilərlə fərdi işinin təşkili günün tələbləri səviyyəsində qurulmuşdur. Bu görüş və tədbirlərdə iştirak və çıxış edən bütün seçicilər prezident seçkilərində yekdilliklə qalib Liderə, xalqımıza möhtəşəm Qələbə bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verəcəklərini qeyd etmişlər.

“Son olaraq bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan üçün tarixi məqamlarda, həlledici dövrlərdə hər zaman dövlətimizin yanında, xalqımızın önündə olan ağsaqqallarımız bu dəfə də öz qətiyyətli və ədalətli mövqelərini nümayiş etdirmişlər və biz əminik ki, fevaralın 7-də Azərbaycan Ağsaqqallar Şurasının 35 min üzvü seçici kimi də prezident seçkilərində aktiv iştirak edəcək və Qarabağımızın xilaskarına, Böyük Qayıdışın müəllifinə və yeni zəfərlərimizin memarına səs verəcəklər”- deyə Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər