Sizin Reklam Burada

Fazil Mustafanın vəkili Qəbələdə görüş keçirib - FOTOLAR

Fazil Mustafanın vəkili Qəbələdə görüş keçirib - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın vəkili Fəxrəddin Sadıqov namizədin seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Qəbələdə keçirib.

Avrasiya.net xəbər verir ki, Fəxrəddin Sadıqov ənənəvi olaraq əvvəlcə F.Mustafanın seçki platforması və proqramından yer alan tezislərdən bəhs edib. O, qeyd edib ki, Fazil Mustafanın seçki platformasında daha çox siyasi, sosial, iqtisadi, səhiyyə, təhsil sahədə islahatların aparılması, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində proqramlar, təşəbbüslər, görüləcək işlər əks olunub. Fəxrəddin Sadıqov bu dəfə daha çox kənd təsərrüfatı sahəsi, kiçik və böyük sahibkarlığın inkişafı problemlərinə toxunub: "Azərbaycanda kənd təsərrüfatında müşahidə edilən ən böyük problem parçalanmış və xırda torpaq sahibliyidir. Bu quruluş müasir texnologiyaların geniş surətdə tətbiqini və idarəetmə münasibətlərinin inkişafını ləngidir. Xüsusilə miras bölgüsü ilə bağlı ənənələrimiz torpaqların varislər arasında paylaşdırılaraq daha da kiçilməsinə yol açmaqdadır. Bu baxımdan torpaq sahələrinin kiçilməsini önləmək üçün miras hüququnda dəyişikliklər edilməli, böyük torpaq sahibliyi və məhsuldarlıq ölçüsündən az olan torpaqların parçalanmaması vergi və digər dövlət tənzimlənməsi vasitələri ilə stimullaşdırılmalıdır. Həmçinin kənd təsərrüfatı məhsullarının müddətli kontraktlarla alınıb-satıldığı birjalar yaradılmalı, kənd təsərrüfatı ərazilərinə yaxın yerlərdə aqrar-sənaye istehsalçılarını ümumi platformada bir araya gətirən sənaye şəhərciyi təşkil edilməlidir".

O həmçinin vurğulayıb ki, fermerə yardım payı yox, bazar payı verilməlidir. Bazar iqtisadiyyatı şəraitində “Bol məhsul yetişdirmək” kimi Sovet yanaşması aqrar siyasətin məqsədi ola bilməz. Müasir dövrdə aqrar siyasətin əsas məqsədi istehsal edilmiş kənd təsərrüfatı məhsullarının əlverişli şərtlərlə reallaşdırılmasını təmin etmək, bununla da, aqrar istehsalçıların gəlirlərinin təmin etməkdən ibarət olmalıdır: "Başqa sözlə, fermerlərə əlverişli bazar şərtləri yaradılmalıdır. Eyni zamanda, bütün fermerlər üçün əlçatan olan aqroservis xidmətləri bazarı formalaşdırılmalıdır. Hesab edirik ki, bunu yalnız birbaşa dövlətin iştirakı ilə təmin etmək mümkün deyil. Bunun üçün dövlət həm də stimullaşdırma tədbirləri vasitəsilə özəl sektoru aqroservis xidmətləri göstərməyə təşviq etməlidir. Məhz bu şərtlər təmin edildikdən sonra, yəni ki, əlverişli satış bazarı və aqroservis xidmətləri bazarı yaradıldıqdan sonra kəndli-fermerlər ölkənin ehtiyac duyduğu ərzaq məhsullarının və digər aqrar məhsulların istehsalını lazımi səviyyəyə çatdıra bilərlər. Aqrar sektoru ölkənin regional inkişafının kontekstindən kənarda nəzərdən keçirmək mümkünsüzdür. Sərmayədarlar regionlara getməkdə tərəddüd edirlər. Yol, enerji və su təchizatına etibar artan kimi, bölgələrə də investisiya qoyuluşu artmağa başlayır.

Kənd təsərrüfatında üzvü və mineral gübrələr istifadə olunmadan yaxşı məhsul əldə etmək qeyri-mümkündür. Fermerlər müxtəlif gübrələrlə təchiz olunmur. Gətirilən gübrələrin isə təqribən 90%-i insan orqanizmi üçün zərərli azot gübrəsidir. Eyni zamanda iki mühüm məsələ – mükəmməl emal sferasının (bu kəndlilərə yaxın tərəfdaş olmaqla həm də onları istiqamətləndirərdi) və əmtəə birjalarının (bu isə kəndlilərə artıq öz məhsullarını realizə etməyə, bütövlükdə isə onları bazar münasibətlərinin qaydaları ilə tanış olmağa imkan verərdi) yaradılması öz həllini tapmalıdır. Nə qədər ki, bunlar həll olunmayıb, kənd təsərrüfatını ayağa qaldırmağa yönəlmiş bütün səylər boşuna gedəcəkdir".

Sonda Fəxrəddin Sadıqov seçicilərin suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər