Sizin Reklam Burada

Neftçalada polis intihar etdi – DİN-dən açıqlama

Neftçalada polis intihar etdi – DİN-dən açıqlamaBəzi sosial şəbəkə səhifələrində 2016-2023-cü illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Şahin Elçin oğlu Əyyubovun intihar faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, o xidmət etdiyi müddət ərzində müsbət xarakterizə edilir, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub.

İntihar etməzdən bir neçə gün öncə o raportla müraciət edərək, öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib və 2024-cü ilin yanvarın 3-də intihar edib.

Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. Müəyyən edilib ki, o yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. Bununla bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib.

Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş verən hadisənin motivi, digər təfərrüat barədə onlara məlumat verilib.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər