Ana və oğlu dəm qazından öldü
Dərc olunub:
4-02-2024, 10:09
Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər.
Bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər. (Qafqazinfo)