Məzuniyyətə gələn hərbçi faciəvi şəkildə öldü
Dərc olunub:
4-02-2024, 10:04
Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Avrasiya.net Unikal-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü hərbçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanıb.
Son xəbərlər
