Sizin Reklam Burada

Fazil Mustafa növbəti görüşünü İmişlidə keçirib - FOTOLAR

Fazil Mustafa növbəti görüşünü İmişlidə keçirib - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü İmişli rayonunda keçirib.

Avrasiya.net xəbər verir ki, Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib və səs qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib. Namizəd deyib ki, dayağımız - Yeniləşən, çalışqan insan, hədəfimiz isə Rifah dövləti Azərbaycandır!

Fazil Mustafa eyni zamanda “1 Həyati + 50 vacib MƏSƏLƏ” adlı seçki platformasında nəzərdə tutduğu təkliflərini də səsləndirib.

F.Mustafa qeyd edib ki, ümumi rifah səviyyəsini aşağı salan inhisarçılıq fəaliyyəti məhdudlaşdırılmalıdır: "Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsində göstərilir ki, “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rə- qabətə yol vermir”. Halbuki bizdə “Rəqabət Məcəlləsi” yalnız 2023-cü ildə qəbul oluna bildi, Antiinhisar mexanizmlər isə hələ də təsiredici gücə sahib deyil. İnhisarçılıqla yanaşı Azərbaycanda ən böyük problem imtiyazçılıqla bağlıdır. Ayrı-ayrı imtiyazlı subyektlərin gizli formada iqtisadi həyata müdaxiləsi büdcəyə daxil olan gəlirlərin səviyyəsində özünü göstərir. Vergidə, gömrükdə, səhmdar cəmiyyətlərdə imtiyazlar haqsız rəqabətin yaranmasının əsas səbəblərindəndir.
İnhisarlar, azad rəqabətin ortaya çıxmasını və qiymətlərin sərbəst bazar şərtləri əsasında formalaşmasını əngəlləyərək, məhsulların alıcılara daha yüksək qiymətdən çatdırılmasına və istehlakçıdan inhisarçıya ədalətsiz gəlir transferinə səbəb olur. Mülkiyyət şəklindən asılı olmayaraq (dövlət, özəl və ya qarışıq mülkiyyətli) inhisarlar məhdud iqtisadi resursların səmərəsiz istifadəsinə yol açaraq cəmiyyətin ümumi rifah səviyyəsini düşürür. Cəmiyyətin daha yüksək rifah səviyyəsinə qovuşması bazarda sağlam rəqabət mühitinin təmin edilməsi, dolayısilə inhisarların və inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması sayəsində mümkündür".

O, bildirib ki, rəqabət insanın məqsədlərinə çatması üçün ən effektiv kəşf yoludur. Malların ucuzluğu və keyfiyyəti, ancaq iqtisadi azadlıq və rəqabət ilə effektiv bir şəkildə təmin edilə bilər. Ona görə də, inhisarları zənginləşdirən iqtisadi anlayışın yerini, zənginliyi xalqla paylaşan iqtisadi anlayış almalıdır. F.Mustafanın toxunduğu sahələrdən biri də vətəndaşların mənzil hüquqlarına malik olması olub. O, qeyd edib ki, mənzil sahibi olmaq hər bir vətəndaşın təbii haqqıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, “dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.” Sərbəst bazar iqtisadiyyatlı ölkələrdə dövlətin vətəndaşlarını pulsuz mənzillə təmin etmə öhdəliyi olmasa da, vətəndaşlarına öz gəlir səviyyələrinə uyğun şərtlərdə mənzil sahibi olmaları üçün lazımi şəraitin yaradılması dövlətin ən önəmli vəzifələrindən biridir: “Ona görə də, ipotekalı mənzil maliyyələşdirmə sistemi bir an əvvəl bərpa edilməli və bazar prinsipləri əsasında orta və aşağı gəlir səviyyəsindəki vətəndaşların, xüsusilə sosial imtiyaz qruplarının mənzil sahibi olma imkanları genişləndirilməlidir. Burada birini kateqoriya olaraq hərbçilərin mənzillə təminatı şərtləri asanlaşdırılmalıdır. Müəllimlərin mənzil hüququnun güzəştli şərtlərlə sosial ipoteka formasında gerçəkləşməsi bu peşəyə həvəsi daha da artıra bilər. Uarad elm sferasında çalışan insanların, yaradıcı şəxslərin dövlət dəstəyi ilə mənzil hüququnu həyata keçirməsi vacib şərtlərdən biridir".

Fazil Mustafa sonda seçicilərin çoxsaylı suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər