Bəydəmirlinin həbs müddəti daha 2 ay uzadılıb

Bəydəmirlinin həbs müddəti daha 2 ay uzadılıbBu gün Nərimanov Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Avrasiya.net xəbər verir ki, Hakim Vüsal Qurbanov seçilmiş qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini elan edərək təqdimatı təmin edib.

Qərara əsasən, Bəydəmirlinin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Nazim Baydəmirli ötən ilin iyulunda həbs olunub. İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər