Fazil Mustafanın Ağsuda möhtəşəm görüşü - FOTOLAR

Fazil Mustafanın Ağsuda möhtəşəm görüşü - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Ağsu Mədəniyyət sarayında keçirib.

Avrasiya.net xəbər verir ki, bu dəfə də F.Mustafanın görüşü möhtəşəm və izdihamlı keçib. Prezidentliyə namizəd ənənəvi olaraq seçicilərini seçki platforması və proqramı ilə tanış edib və səs qazanacağı təqdirdə görəcəyi işlərdən bəhs edib. Namizəd deyib ki, dayağımız - Yeniləşən, çalışqan insan, hədəfimiz isə Rifah dövləti Azərbaycandır! Fazil Mustafa eyni zamanda “1 Həyati + 50 vacib MƏSƏLƏ” adlı seçki platformasında nəzərdə tutduğu təkliflərini də səsləndirib. Bu dəfə qiymət artımı, maaş, təqaüd, müavinət azlığından danışıb.

Qeyd edib ki, yüksək inflyasiya qiymət mexanizminin işləməsini əngəlləyir, iqtisadi məhsuldarlığı aşağı salır, qiymətli kağızlar bazarının inkişafinı ləngidir, yığımları azaldır, maliyyə bazarlarının vasitəçilik funksiyasını səmərəli şəkildə icra etməsinə mane olur, tədiyyə balansına neqativ təsir göstərir, iqtisadi stabillik üçün təhlükə törədir, “inflyasiya riski” adlanan fenomenin ortaya çıxması ilə nəticələnir ki, bu da öz növbəsində yerli və xarici investorların yeni investisiya qoyuluşları ilə əlaqədar qərar almalarına neqativ təsir göstərir, ölkənin rəqabət gücünü azaldır, ölkənin ixrac potensialını zəiflədir, gəlir bölgüsünü daha da ədalətsiz hala gətirir; faiz səviyyələrinin yüksəlməsinə səbəb olur ki, bu da öz növbəsində yeni investisiya qoyuluşlarını azaldır:

"Digər tərəfdən, yüksək inflyasiya idxalatı daha cəlbedici etdiyi üçün daxili istehsala olan marağı azaldır, ucuz idxal qiymətləri qarşısında daxili istehsalçıların rəqabət qabiliyyətini aşağı salır. İnflyasiya dövlətin vətəndaşın cibindəki əlidir. İnflyasiya vətəndaşın cibindən dövlətin aldığı haqsız və qeyri-etik vergidir, bir digər adı ilə "inflyasiya vergisi"dir. Xalqımızı və az gəlirli insanlarımızı hər gün bir az daha yoxsullaşdıran, alıcılıq qabiliyyətini azaldan, əməkhaqqı artımlarının rifah üzərindəki təsirlərini heçə endirən inflyasiya, yəni qiymətlərin günbəgün artması düzgün iqtisadi siyasətlərlə nəzarət altına alınmalı və xalqın inflyasiya qarşısında əzilməsinə yol verilməməlidir".

F.Mustafa onu da vurğulayıb ki, ümumi rifah səviyyəsini aşağı salan inhisarçılıq fəaliyyəti məhdudlaşdırılmalıdır! Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsində göstərilir ki, “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”: "Halbuki bizdə “Rəqabət Məcəlləsi” yalnız 2023-cü ildə qəbul oluna bildi, Antiinhisar mexanizmlər isə hələ də təsiredici gücə sahib deyil. İnhisarçılıqla yanaşı Azərbaycanda ən böyük problem imtiyazçılıqla bağlıdır. Ayrı-ayrı imtiyazlı subyektlərin gizli formada iqtisadi həyata müdaxiləsi büdcəyə daxil olan gəlirlərin səviyyəsində özünü göstərir. Vergidə, gömrükdə, səhmdar cəmiyyətlərdə imtiyazlar haqsız rəqabətin yaranmasının əsas səbəblərindəndir. İnhisarlar, azad rəqabətin ortaya çıxmasını və qiymətlərin sərbəst bazar şərtləri əsasında formalaşmasını əngəlləyərək, məhsulların alıcılara (istehlakçılara) daha yüksək qiymətdən çatdırılmasına və istehlakçıdan inhisarçıya ədalətsiz gəlir transferinə səbəb olur. Mülkiyyət şəklindən asılı olmayaraq (dövlət, özəl və ya qarışıq mülkiyyətli) inhisarlar məhdud iqtisadi resursların səmərəsiz istifadəsinə yol açaraq cəmiyyətin ümumi rifah səviyyəsini düşürür. Cəmiyyətin daha yüksək rifah səviyyəsinə qovuşması bazarda sağlam rəqabət mühitinin təmin edilməsi, dolayısilə inhisarların və inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması sayəsində mümkündür. Rəqabət insanın məqsədlərinə çatması üçün ən effektiv kəşf yoludur. Malların ucuzluğu və keyfiyyəti, ancaq iqtisadi azadlıq və rəqabət ilə effektiv bir şəkildə təmin edilə bilər. Ona görə də, inhisarları zənginləşdirən iqtisadi anlayışın yerini, zənginliyi xalqla paylaşan iqtisadi anlayış olmalıdır".

Sonda prezidentliyə namizəd seçicilərin çoxsaylı suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər