Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır - DTX rəsmisi

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır - DTX rəsmisi“Dünyada cərəyan edən proseslər və sürətlə davam edən rəqəmsallaşma kibertəhlükəsizlik mütəxəssislərinə olan tələbi də artırır. Belə ki, artıq hər bir dövlət və özəl qurumun özünün informasiya təhlükəsizliyini təmin etməsi üçün kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranır. Sevindirici haldır ki, qurumlarda artıq kibertəhlükəsizlik departamentləri yaradılır”.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəhbəri Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ikinci məzun günündə çıxışı zamanı deyib.

Davud Rüstəmov qeyd edib ki, hazırkı dünyada kibertəhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması qədər önəmli bir hal alıb.

“Azərbaycan dövləti də bu istiqamətdə böyük işlər görür. Əvvəllər biz bu sahədə təhsil almaq üçün xaricə yollanırdıq, lakin bu gün Azərbaycan hökumətinin yaratdığı əlverişli şərait nəticəsində, məhz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) İsrailin “Technion” Universitetinin mütəxəssisləri bizim yerli kibertəhlükəsizlik məzunlarını hazırlayırlar. AKM-nin iki məzunu Dövlət Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik əməliyyatları mərkəzinə işə cəlb olunub. Ümid edirəm ki, gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik üzrə mütəxəssislərin sayı daha da artacaq”, - deyə D.Rüstəmov əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər