Fazil Mustafa seçicilərlə növbəti görüşünü Göyçayda keçirib - FOTOLAR

Fazil Mustafa seçicilərlə növbəti görüşünü Göyçayda keçirib - FOTOLAR2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa seçkiqabağı təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Göyçayın Bığır kəndində keçirib.

Avrasiya.net xəbər verir ki, F.Mustafa onun görüşünə gələn seçicilərə öz təşəkkür və minnətdarlığını bildirib. Ənənəvi olaraq əvvəlcə seçki platforması və proqramından yer alan tezislərdən bəhs edib. Namizəd qedib ki, dayağımız - Yeniləşən, çalışqan insan, hədəfimiz isə Rifah dövləti Azərbaycandır!

Fazil Mustafa eyni zamanda “1 Həyati + 50 vacib MƏSƏLƏ” adlı seçki platformasında nəzərdə tutduğu təkliflərini də səsləndirib: "Azərbaycan Respublikasının idarəçilik forması dəyişilməli, 2030-cu ildən başlayaraq tədricən prezidentli respublikadan parlamentli respublikaya keçirilməlidir. Şərq cəmiyyətlərinə xas olan elementlər icra hakimiyyətinin mütləq üstünlüyü şəraitində daha çox hiss edilməkdədir və siyasi elitanın genişləndirilməsinə mane olmaqdadır. Məlumdur ki, Azərbaycanda Konstitusiyanın qarantiyası, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı prezident sayılır. Bu isə qeyri-hökumət təşkilatlarının çalışmalarını, başqa sözlə mülki nəzarəti olduqca təsirsiz duruma gətirir. Ancaq demokratiyanın prinsiplərinə görə bu səlahiyyət suveren xalqa aiddir. Ona görə də plebistsit demokratiyadan nümayəndəli demokratiyaya keçilməli, parlamentli respublika formasına doğru yönəlməli, prezidentlik ancaq parlament tərəfindən seçilən dövlət başçısı funksiyasına sahib olmalıdır. Parlamentdə seçilən nüfuzlu dövlət başçısı və məsuliyyətli, hesabatlı, çevik dəyişən hökumət modeli önə çıxmalıdır. Parlamenti nüfuzlu quruma çevirməli, siyasi elita güclü parlament mexanizmi, bələdiyyə strukturları və sivil cəmiyyətlərin bünyəsindən formalaşmalıdır. Siyasi elitanı hüquq və ədalət əsasında genişləndirmək, keyfiyyətini yüksəltmək və bu elitanın müəyyən olunmasını bilavasitə vətəndaşlara etibar etməklə, dünyaya inteqrasiyamızın faydalı perspektivləri meydana çıxacaqdır".

F.Mustafa onu da vurğulayıb ki, Parlamentdə seçkilər yalnız proporsional qaydada keçirilməli və qalib partiyanın təkbaşına və ya bir neçə partiya koalisiyasının liderinin baş nazir seçilməsi Konstitusiyada öz əksini tapmalı, mojaritar sistem ortadan qaldırılmalıdır. Avropa ölkələri həqiqətən demokratiyanı dövlətlərüstü bir ideologiyaya çevirmə istiqamətini önə sürürlər. Bu gerçəyi diqqətə alaraq Azərbaycan da Avropa demokratiyasını səmimi olaraq öz həyat tərzinin ayrılmaz parçasına çevirməyə, Avropa parlamentarizmini öz dövlət formasının əsas sütunu kimi qəbul etməyə daha ciddi maraq göstərməlidir. Avropa parlamentarizminə yönəlməyən Azərbaycanda güclü icra hakimiyyəti modeli plüralist demokratiyanın önünü kəsəcək və siyasi elitanın genişlənməsinə mane olacaqdır.

F.Mustafa məhkəmə sistemi, məhkəmə-vətəndaş münasibətlərinə də toxunub. Deyib ki, rəsmi ideoloji tezislərdən kənar cəmiyyətin bütün təbəqələrini birləşdirən bir mülahizə var: "Azərbaycan məhkəmələri ədalət mühakiməsini həyata keçirməkdən çox-çox uzaq məsafədədirlər və məhz bu amil cəmiyyətin həyatında ən təhlükəli ümidsizlik sindromu yaratmışdır. Məhkəmə orqanı da qanunverici orqan kimi icra hakimiyyətinin təzyiqindən qurtula bilmir. Hər hansı bir məmurun rahatlıqda zəbt etdiyi mülkiyyətə, pozduğu hüquqa görə “İstəyirsən, get məhkəməyə ver!” sözünü rahatlıqla işlətməsi məhz bu sindromun yaranmasından irəli gəlir. Bu səbəbdən də biz qəti əminik ki, Azərbaycanın problemlərinin təməlində ədalət mühakiməsi mexanizminin işləməməsi durur. Üç məhkəmə instansiyaları arasında qəbul olunan ziddiyyətli, qanunazidd qərarların ən çox zərbəsi vətəndaşların məhkəmə ədalətinə inamına dəyir. Korrupsiyanın qarşısını almaq üçün hakimlərə yüksək əmək haqqı verilməli, onların fəaliyyətinə müdaxilə ən sərt formada cəzalandırılmalıdır. Bununla bərabər məhkəmə çəkişməsinin bütün subyektlərinin peşə hüquqları ən ciddi şəkildə qorunmalıdır".

Sonda Fazil Mustafa seçicilərin çoxsaylı suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər