Sizin Reklam Burada

Azərbaycan Ağsaqqallar Şurası Gəncədə regional konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurası Gəncədə regional konfrans keçiribAzərbaycan Ağsaqqallar Şurası Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birgə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezidenti seçkilərinə həsr olunan regional konfrans keçirib.

“Azərbaycan xalqının seçimi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, qalib Lider İlham Əliyevdir!” devizi ilə keçirilən regional konfransda ölkəmizin qərb bölgəsi – Gəncə, Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, o cümlədən Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və digər tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz dövlətçilik fəaliyyətindən bəhs edən videoçarxın və Bayram Yusifovun Müzəffər Ali Baş Komandana həsr olunan “Ali Baş Komandanım” adlı şeirinə bəstələnmiş “Zəfər Marşı”nın nümayişi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbiri giriş sözü ilə açaraq regional konfrans iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edərək onun xalqımız qarşısındakı saysız-hesabsız xidmətlərini vurğulayıb.

Bildirib ki, Ümummilli Liderimizin inkişaf yolunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir və onun rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək böyük Zəfər qazanıb. Bu gün həmin torpaqlarımızda genişmiqyaslı quruculuq işləri gedir, məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdırlar. Digər sahələrdə də əldə edilən uğurlardan söz açan Zəfər Qurbanov bildirib ki, bu gün biz sevincliyik, qürurluyuq və bizə bu fəxarəti yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi hər zaman dəstəkləyəcəyik.

Sonra çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, ADAU-nun “İctimai fənlər” kafedrasının müdiri Elgün Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, xalqımızın rifahına xidmət edən uğurlu daxili və xarici siyasətdən, qazanılan nailiyyətlərdən ətraflı bəhs ediblər.

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkə vətəndaşlarının Ata vəsiyyətini yerinə yetirən, xalqımızın 30 illik torpaq həsrətinə son qoyan, Vətənimizi erməni işğalçılarından təmizləyən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, davamlı sabitliyə və inkişafa səs verəcəklərini vurğulayıblar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov regional konfransın iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq bildirib ki, bu gün biz ruh yüksəkliyi ilə şanlı tariximizin növbəti qürurlu günlərini yaşayırıq. Çünki 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri bütün suveren, işğaldan azad edilmiş ərazilərimizi əhatə edəcək.

Bu səbəbdən həm də Zəfər seçkisi olaraq tariximizə yazılacaq prezident seçkilərində Azərbaycan xalqı öz səsini bu möhtəşəm Zəfərimizin memarına, qalib xalqın qalib Liderinə verəcəkdir. Sonra Bayram Yusifov Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrü maraqlı faktlarla təhlil edərək həmin zamanı Azərbaycanın inkişaf, rifah və tərəqqi dövrü adlandırıb. Bu gün biz xoşbəxt xalqıq ki, Ümummilli Liderimizin bu işıqlı yolunu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, bütün türk dünyasının güclü Lideri cənab İlham Əliyev kimi böyük şəxsiyyət yüksək nailiyyətlərlə davam etdirir.

O, müstəqil Azərbaycan dövlətinin hazırda bütün sahələrdə əldə etdiyi hər bir uğuru cənab İlham Əliyevin konkret əməli fəaliyyətinin nəticəsi kimi dəyərləndirərək əlavə edib ki, xüsusilə erməni işğalçıları üzərində qazanılan möhtəşəm Zəfər, suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunması, Şuşa, Xankəndi və işğaldan azad edilən digər şəhər və rayonlarımızda üçrəngli bayrağımızın dalğalanması Müzəffər Ali Baş Komandanımızın adı ilə bağlıdır. Bayram Yusifov Azərbaycanı sevməyən, uğurlarımıza qısqanclıqla yanaşan qüvvələrin son zamanlarda daha da aqressivləşməsinə toxunaraq əmin olduğunu bildirib ki, müdrik, qətiyyətli, yüksək diplomatik istedada malik möhtərəm Prezidentimiz bu çətinliklərin də öhdəsindən layiqincə gələcək. Lakin biz də, bütün vətəndaşlarımız, xalqımız monolit olmalı, hər zamankı kimi, bu gün də cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli, onu hərtərəfli dəstəkləməliyik. Bayram Yusifov bir daha qarşıdan gələn növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bildirərək qeyd edib ki, hər birimiz bu tarixi seçkilərdə fəal iştirak etməli, öz səsvermə hüququmuzdan istifadə edərək ən layiqli namizədə səs verməliyik.

Daha sonra vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə həyata keçirilən hazırkı uğurlu siyasətin davam etdirilməsini zəruri hesab edir, cənab İlham Əliyevin yenidən ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsini alqışlayır və seçki kampaniyasında fəal iştirak edir. Atalarımız gözəl deyiblər, “görünən dağa, nə bələdçi?” Bu gün etiraf etməliyik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətləri möhtəşəm və əvəzsizdir. Ona görə də xalqımızın, o cümlədən də Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvünün seçimi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, qalib Lider İlham Əliyevdir!

Tədbirin sonunda regional konfrans iştirakçıları tərəfindən Bəyanat qəbul olunub və Bəyanat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.









Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər