Sizin Reklam Burada

“Azəriqaz” yoxlamaların nəticələrinə dair reyestr yaradıb

“Azəriqaz” yoxlamaların nəticələrinə dair reyestr yaradıbAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yaşayış mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunması ilə bağlı keçirilən yoxlamaların nəticələrinə dair reyestr yaradıb.

Avrasiya.net-in məlumatına görə, bunu “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, reyestr artıq fəaliyyətdədir: “Azəriqaz”ın respublika üzrə bütün Regional Qaz İstismarı İdarələrinin yazdığı bütün aktlar reyestrə daxil edilir. Ora daxil edilmiş məlumatların və aktların skan olunmuş variantını “Azəriqaz”ın rəhbər strukturları da ümumi sistemdən görə biləcək”.

İ. Behbudov deyib ki, qanunvericiliyin tələbinə uyğun olaraq reyestr elektron şəbəkəyə inteqrasiya ediləcək: “Hazırda bunun üzərində iş gedir və üzümüzə gələn həftələrdə bu işlərə məsul dövlət qurumları reyestrə çıxış əldə edəcəklər. Hətta Azərbaycanın ən ucqar kəndində keçirilən müayinənin aktını reyestrdə görmək mümkün olacaq”.

O qeyd edib ki, reyestr ümumrespublika şəbəkəsinə inteqrasiya olunduqdan sonra hər bir abonent ora daxil olub şəxsi kabinet yaradaraq ona yazılan aktın skan variantı görə biləcək.

“Azəriqaz” rəsmisinin sözlərinə görə, yanvarın 10-da başlayaraq qurum yaşayış mənzillərində, sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün ölkə üzrə 100 minədək evdə texniki müayinə keçirib: “Bakı şəhəri üzrə keçirilən texniki müayinələrin sayı isə 30 minə yaxınlaşmaqdadır. Bu, çox yüksək göstəricidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər